Əsas məzmuna keç

Qoşma

Bənzəməz

Məxdumqulu Fəraqi

1

Ey sənin tək bir pəri, qeyri canana bənzəməz, Kirpik-xəncər nəştəri, tiri-kamana bənzəməz.

Ruyi ay tək cürə xallar, bəndi qılar görəni, Şöləsi aləmi yaxar, mahi-təbana bənzəməz.

Ləbi narü, abi-kövsər, onca bican dirildər, Bəxş eyləyir ol kövsəri, feli-Qaruna bənzəməz.

Zülfü siyah sünbül pəri, aləmi qıldın biqərar, Tərk edib sən onca dükan, qeyri dükana bənzəməz.

Ruyin üzrə külli aləm, camalını bənd qılıb, Dəsmal tutub, yandırarsan, huri-qulmana bənzəməz.

Bu fələyin çərxini sən, ərki bilən eyəyib, Bu dünyanı qıldın behişt, əski cahana bənzəməz.

Ol Yusifin camalını, bəxş gəlmiş həqq əvvəli, İki cahan sultanısan, Süleymana bənzəməz.

Məxdumqulu aləm içrə, bütün canan həm gözəl, Hamısı bir kənizdir, Mənli xana bənzəməz.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.