Əsas məzmuna keç

Heca şeiri

Bənövşə ətirli

Zəlimxan Yaqub

1
(kiçik bacım Rəfiqəyə)

Ay bacım, baharın oğlan çağında Sən mənə bir dəstə bənövşə verdin. Mən elə bildim ki, ixtiyarıma Çəmənli, bulaqlı bir meşə verdin.

Bir zərif çiçəkdə, bir damla şehdə Gördüm təbiətin oyandığını. Gördüm zirvələrin yerə göz vurub, Düzlərin min rəngə boyandığını.

Ömür ver bahara, könül ver yaza, Açıl çiçək kimi, solma, ay bacım. Bənövşə ətirli olmaq gözəldi, Bənövşə taleli olma, ay bacım.

1978, 14 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.