Əsas məzmuna keç

Məsnəvi

Bəngü badə

Məhəmməd Füzuli

2

Ey verən bəzmi-kainatə nəsəq, Buraxan cami-eşqə nəş'əyi-Həq! Eşq meyxanəsin qılan mə'mur, Sunan ondan cəhana cami-qürur Kim, edib ol qürur camın nuş, Əhli-nitq ola valehü mədhuş; Cümlədən məxfi ola əsrarı Olmaya hiç kim xəbərdan.

ARİZU KƏRDƏNİ-TƏRİQİ-SƏVABI1

Ey sifatında xirə hər müdrik! "Ma ərəfnakə həqqə mə'rifətik".2 Nəş'eyi-danişin müfərrihi-can, Ari ol keyfiyyətdən əhli-cahan. Meyi-eşqindən afəriniş məst, Bəzmi-şövqündə cüralə badəpərəst.

DƏR MÜNACATİ-FATEH-ÜL-ƏBVAB 3

Ya Rəb, əfsürdəyəm məni-nahl, Həddən ötdü xumari-badeyi-cəhl. Qoyma əfsürdəvü pərişanhal, Eşq odundan mənə hərarət sal. Bəzmi-eşq içrə sun mənə bir cam, Leyk cami ki, nəqsim edə təmam.

Qıla asari-mə'rifət izhar, Ola miftahi-məxzənül-əsrar. Nə şərabi ki, əqli zail edə, Taətindən könülnü qafil edə. Ola mütləq fəsadi-din səbəbi, Bula ondan zəval şər'i-nəbi.

HƏST İN NƏ'Tİ-ƏHMƏDİ-MUXTAR1

Nəbuiyi-Haşimi ki, bəzmi-vücud Cami-eşqindən aldı nəş'əyi-bud. Piri-meyxaneyi-qədimü qidəm, Saqiyi-bəzmü həlqeyi-xatəm. Hər zaman min səlamü min sələvat, Onavü ol imamə qıl bizzat.

ŞƏMMEYİ-VƏSFİ-HEYDƏRİ- KƏRRAR2

Yari-Səlmanü xaceyi-Qənbər, Valiyi-Rövzə, saqiyi-Kövsər. Oldur ayinədari-surəti-Həq, Nə vəsi, varisi-nəbi mütləq. Nazimi-şər'ü saqiyi-Kövsər, Babi-Şübbeyrü validi-Şəbbər.

BAŞƏD İN MƏDHİ-PADŞAHİ-ZƏMAN3

Saqiya, sübhdəmdir, eylə şitab, Dövrə gəlsin çü mehr cami-şərab! İztirab içrəyəm, xumarım var, Badəyə xeyli intizarım var.

Qalib olmuş mənə raəhabəti-bəng, Vəhm edib eylərəm hər işdə dirəng. Cami-mey sun ki, ta diliranə Mədh edim padişahi-dövranə. Ol səfabəxşi-cami-Cəm ki, müdam Təxt qeyrinədir çü badə həram. Ol ki, başlar zamanda bəzmi-fərağ, Padişahlar başından eylər əyağ. Cami-feyzin içən, Məsihatək, Feyzi-ruhül-qüdüs tapar bişək. Mey kimi ruhi-xəlqə nəş'ərəsan, Nəş'ətək hökmü el başında rəvan. Dövrü bir bəzmdir behişti-bərin, Tac zərrin, sürahi həm zərrin. Bu sürahidən olmayan xoşhal, Dürd nisbət müdam ola pamal. Camtək təlxkam olub əbəda, Bəngtək təndən ola başı cüda. Məclisəfruzi-bəzragahi-Xəlil, Cəmi-əyyam, şah İsmayil. Ondan asudədir qəniyyü gəda, Xəllədəllahü mülkəhü əbəda.1 Ol ki, cami-mey olalı bünyad, Qədəh ondandır, ol qədəhdən şad.

BAŞƏD İN VƏSFT-SAQİYT-DÖVRAN2

Saqiya! Badə sun ki, fürsətdir, Bizə fürsət bu gün qənimətdir. Lalətək qoymağıl əlindən cam, Var ikən fürsət, eylə eyş müdam. Nərgisi gör ki, nəş'əsi getməz, Başı gedərsə tərki-can etmez.

Sən dəxi aciz olma, canın var, Canın olduqca badə tut zinhar İstəsən kim, mey abi-Kövsər ola, Ol sənə müttəsil müyəssər ola, Bezmi-ali-Əlidə məskən tut, Məstlər kimi özgə bəzmi unut.

İBTİDAİ-HEKAYƏTİ-MEYÜ BƏNG1

Saqiya, bilməzəm mənim nəmdir, Həmdəmim qüssə, məhrəmim qəmdir. Qəm meyi-lə'l axıtdı yaşımdan, Qüssə bəngim uçurdu başımdan. Kəlləxüşk olmağım çü Bəng yetər, Bir əyağ ilə qıl dimağımı tər, Ta sənə bir əcəb hekayət edim, Bəng ilə Badədən rəvayet edim:

* * * Bir gün əyyami-növbaharda mən Tutmuş idim çü lalə tərfi-çəmən. Səbzəvü gül solumda, sağımda, Bəng başımda, mey əyağımda. Bəngtək nəş'ə ilə başım xoş, Bəngü mey hazirü məaşım xoş. Bağ həm qeyrəti-behişti-bərin, Bəzm qurmuş cəhana xüld ayin. Lə'li-tərdən nəsimi-ənbərbu, Qönçə minasın eyləmiş məmlu. Nüql ilə dolmuş idi gül təbəqi, Qürsi-limu töküb səmən vərəqi. Doldurub saqiyi-səba hər dəm Cami-gül içrə badeyi-şəbnəm, Bülbüli-xəstədən aparmış huş,

Qumriyi-zarı eyləmiş mədhuş. Yasəmən doldurub sürahiyi-zər, Zərdcə badə ilə vəqti-səhər, Səbzəni etmiş eylə layə'qil ki, düşüb cuya rəxtin etmiş gil.

DƏR SİFATİ-ŞƏRABÜ SÖHBƏTİ-U1

Gördüm ol bəzm içində bir məhbub, Surəti xubü sirəti mərğub. Türfə adı zəmanə məşhuri, Ləqəbi Badə, əsli ənguri. Sifət ilən qərineyi-xurşid, Nütfeyi-Cəm, sülaleyi-Cəmşid. Etmiş ol Badeyi-Süheyl xəvas, Neçə həmdəmlər ilə söhbəti-xas. Hazirü cəm' xidmətində çü cam, Ərəqü Buzəvü Nəbid tamam. Gərm ikən məclis içrə nuşanuş, Ötərək məst olub Mey etdi xüruş Ki: - Mənəm hər nə var ona faiq, Xidməti-xəlqdir mənə layiq! Olamı kimsə göstərə cür'ət, Mənə endirməyə səri-taət?" Badə qüğac şücaət izharın, Gərm edib zərqü laf bazarın,

SÜXƏNİ-SAQİYÜ İHANƏTİ-U2

Dizi üstə çöküb rəvan Saqi Dedi: - Ey Badə, işrətin baqi! Dün ki, məhrum idim cəmalından, Düşmüş idim cüda vüsalından;

İstər idim səni gəhü bigah, Bir əcəb bəzmə uğradım nagah. Sədri-bəzm olmuş onda bir sərhəng, Sərkəşü səbzpuşü sufirəng. Zahirin xub gördüm öylə ki, var, Batini həm degildi biəsrar. Də'vi eylər ki: "Xızrdır mənə pir, Ondan aldım dua ilə təkbir". Bir zaman mən ona ki, həmdəm idim, Bitəkəllüf ki, şadü xürrəm idim. Söhbəti dilgüşa, özü xoşxu, Leyk qayətdə zərqü lafi ulu. Urar ol həm yeganəlikdən dəm, Der ki: - "Aləmdə hər nə var mənəm". Belə kim, mənlik eylər ol nakəs, Baş çəkən səndən özgə oldur bəs."

Qatı məğrurü xudpərəst idi Mey, Axiri-məclis idi, məst idi Mey. Zuri-dəstinə e'timad etdi, Nasəza ilə Bəngi yad etdi. Tündü təlx oldu ol hekayətdən, Qəzəbü qəhri artdı qayətdən.

QƏZƏBİ-MEY BE SAQİYİ-SADƏ1

Dedi: - Ey saqiyi-rəkiksüxən! Bu nə sözdür, məgər ki, bəngisən? Anladım böylə rəngi-ruyindən, Bu diliranə göftü guyindən Ki, xəyali-nifaq edibsən sən, Bəng ilə ittifaq edibsən sən. Bu aradan məni götürmək üçün,

Onu bir dövlətə yetirmək üçün. Görəyim ol xəyali-xam olsun, İltifatım sənə həram olsun. Neçə yerlərdə gördüm, ey ovbaş, Səni əgri vü qılmadım elə faş. İmdi naçar üzünə çıxdım, Səndən oldu ki, könlünü yıxdım. Durma, dur imdi ər müvafiq isən, Nüqltək söhbətimdə sadiq isən, Dedigin serkeşin gətir başın, Dəstgir eylə yarü yoldaşın!"

***

Saqi ol işdə tapdı heyranlıq, Çəkdi ol qissədən peşimanlıq. Qıldı məkr ilə ol şər işdə hiyəl, Dedi: - Məstəm, aman mənə bu məhəl! Sübhdəm kim, düşə güzarım ona, Varayım, yazuyim xumarım ona. Onu daş ilə səngsar edəyin, Sındırıb cismini qübar edəyin." Badə tünd oldu təəllüldən, Bir qərəz anladı təğafüldən. Saqiyi tutdu Mey, yaman tutdu, Belə tutar kimi ki, qan tutdu. Oldu saqi Meyin giriftarı, Faş edən böylə olur əsrarı.

ƏZMİ-TƏDBİR KƏRDƏNİ-BADƏ1

Saqiya, qılma tərki-badeyi-nab, İstəsən, Meydən istə fəthül-bab. Meydir ayineyi-cəmalül-lah, Zinhar, ondan eyləmə ikrah!

Bir qədəh başla, nəş'əm eylə təmam Ki, tapam qüvvəti-ədayi-kəlam. ***

Saqi olğac əsirü Mey müztər, Atəşi-fitnə çəkdi şö'leyi-şər. Yığdı yanına Badə əshabın, Açdı tədbiri-dövlət əbvabın Ki, bu dəklü1 fəsada çarə nədir, Çarə ol zişti-nabəkarə nədir?

MƏSLƏHƏT DİDƏNİ-ƏRƏQ BA MEY2

Dedi əvvəl Ərəq ki: - Ey Meyi-nab! Qılma nəş'ə xəyalı ilə şitab! Şahsan, xəsmə çakər etmə özün, Bir qulunla bərabər etmə özün. Surəti-halına nəzər qılma, Böyüdüb anı mö'təbər qılma! Düşmə sövdasına, təğafül qıl, Neçə gün səbr ilən təhəmmül qıl! Ol sənin qədrü şövkətin nə bilir? Öz-özündən çürür, ərir, əzilir.

GÖFTÜ GUYİ-NƏBİD HƏM ƏZ PEY3

Çün Ərəq sozləri tükətdi, Nəbid Dedi: - Ey nütfeyi-Cəmü Cəmşid! Dövlət oldur ki, düşmən ola zəbun, Olmadan bir şərarə şö'lə füzun;

Bir şəbixun ilə həlak edəyin, Hiddətindən cəhanı pak edəyin. Olmaya az ikən bu iş çox ola, Dəxi dəf inə çarəsi yox ola.

SÜXƏNİ-BUZƏ DƏR TƏDARÜKİ-HAL1

Çün Nəbid eylədi sözünü təmam, Dedi Buzə ki: - Ey Meyi-gülfam! Nə təğafül, nə cəng qıl pişə, Bu işə qıl bir özgə əndişə. Ver ona lütf müjdəsilə firib, Ola kim, ixtilatı ola nəsib. Yanına gəlgəc ol fəsadi-zəman, Eylə məkr ilə dəf ini pünhan. Nə məsaf eylə kim, yaman ola ad, Nə təğafül ki, gün-gün arta fəsad.

HƏM İBA KƏRDƏNİ-MEY ƏZ ƏQVAL2

Qılmadı hiç qövlü Badə qəbul, Gəlmədi hiç söz ona məqbul; Dedi: - Oldur səlah kim, əvvəl Qılmayam irtikabi-cəngü cədəl, Göndərəm qasid ilə, pənd verəm, Bir neçə pəndi-sudimənd verəm. Pənd isə tabe olsa, yarımdır, Olmasa, cəng xud şüarımdır. Kimdir imdi ki, əzmi-rah qıla. Sayeyi-dövlətim pənah qıla, Özünü Bəng məclisinə sala, Sözümü söyləyə, cəvabım ala?"

RƏFTƏNİ-BUZƏ BORDƏNİ-PEYĞAM1

Gəldi göftara Buzeyi-bədnam, Laflar urdu ol nəməkbəhəram Kim: - Mənə əmrin olsa, münqadam, Mən səfər şiddətinə mö'tadam. Bəngə peyğamın eyləyim iysal, Görməsəm sülhə onda istiqbal, Zərb ilən onu sərnigun edəyin, Əzeyin, yencəyin zəbun edəyin."

* * * Tutdu Mey Buzənin sözünə qulağ, Dedi: - Ey Buzə, yaxşısan, üzün ağ! Yeri, onun şükuhini sındır, Badipayi-qüruridən endir!

SİFƏTİ-BƏNGİ-ZİŞTÜ BƏDFƏRCAM2

Söylə məndən kim: ey füsürdə mizac, Dəlisən, eylə bu cünuna əlac! Bir əlac eylə, dəf i-sövda qıl! Başına çarə tap, müdava qıl! Ey zina kişvərinin övbaşı, Müttəsil nikbətilərin başı. Ey əsasi-binayi-hər vəsvas, Əntə xənnasü fı südurinnas.3 Ey sərasər təsəvvürün batil, Fisqü iğlamə ruzü şəb mayil! Qaliba kim, xəmirini təqdir

Yüz fəsad ilə eyləmiş təxmir. Der imşsən ki: "Hər nə var mənəm". Kə'bsən, gər yetər başın göyə həm. Sən yaman cəhl içində qalmışsan, Ayın1 öz başına ulalmışsan. Hiç mə'qul söz deməzsən sən, Qandadır kim, kötək yeməzsən sən? Kimə olsan müsahib, ey cahil, Olur əlbəttə, tənbəlü kahil. İş məcalı qılırsan, ey sərsam, Bir zamanın işin bir ildə təmam. Əkl vəqti sənədir, ey bədşəkt, Bir ilin quti bir zəmanlıq əkl. Ey xirəd rəhgüzarının tikəni, Tanrı xar eyləsin səni əkəni! Baisi-nikbətü fəlakətsən, Bəs ki, bədşəklü bədqiyafətsən. Xah dərviş olavü xah qəni, Usu2 azar duşunda görsə səni. Hər səadətsiz olsa yar sənə, Şəmmeyi qılsa e'tibar sənə, Məhv olub onda mərdlik əsəri, Mütləq olmaz şücaətə cigəri. Xürrəm olma ki, səbzdir sənə rəng, Sənsən ayineyi-təbiətə jəng. Səndən olur yünül ağır başlar, Səni hər kim ələ alır, daşlar. Əməlindir müxalifi-hikmət, Xəlqə səndəndir əsli-hər illət. Bu işə bitməgin gərək naçar Ki, olasan qapımda xidmətkar. Ya bu iqlimdən başın al get, Yoxsa başın götür hüzuruma yet! Məsttək məndən olma bipərva,

İttibaimdən etmə istiğna. Mən əgər razı olmasam səndən, Başına çox bəla gələr məndən. Kəlləxüşk olmağı şüar etmə, Gəl dimağın tər eylə, ar etmə. Yaxma hirs oduna qurun, yaşın, Həzər et kim, xətərdədir başın. Şərm qıl, sərgiranlıq etmə yügüş, Həddini tam, gəl ayağıma düş. Yox özündən məgər sənin xəbərin Ki, nə tərkibsən, nədir hünərin? Guş qıl, fəzlini bəyan edəyin, Olan əsrarını əyan edəyin.

QİSSEYİ DƏR SİFATİ-ƏSRARƏST1

Var idi İsfəhanda bir meykəş, Bəng manənd müttəsil sərxoş. Bir əcəb qəsrdə tutub mənzü, Meyə olmuşdu ruzü şəb mayil. Bir gün ol rind məclisində şərab Oldu manəndi-kimiya nayab. Hasil oldu ona səda'i-xumar, Yedi dəfinə zərreyi-əsrar. Əsəri-bəng edib hücumi-təmam, Tapdı mir'ati-əqli jəngi-zülam. Şəb idi, leyk mahi-şəbəfruz Qılmış idi cahanı qeyrəti-ruz. Rəngi-məhtab idi nümuneyi-ab, Qəsr ol ab içində şəkli-hübab. Qəsrdən rind dışra qıldı nigah,

Su göründü gözünə pərtövi-mah, Dedi: - Ey vay, oldu iş müşkil,

Seyl tutmuş cahanı, mən qafil. Suya, çarəm budur, özüm buraxım, Dolmadan qəsr bir kənara çıxım. Özümü qurtarım səbahət ilən, Bir kənara çıxım fərağət ilən. Ələ bir taxta parəsin aldı, Yerə məhtab tək özün saldı. Lət görüb başı fərş daşından, Zərblən bəngi uçdu başından. Dərdi-sər gördü, gəldilər hükəma, Dedilər dərdinə şərab dəva. Sənə budur hünər ki, şərh etdim, Əhli-idrakə sor ki, mən netdim? Mənim əslim, köküm təfəhhüs qıl, Hörmətim səndən artıq olmağı bil.

SİFƏTİ-XUBİYİ-MEYÜ MEYXAR1

Bilmiş ol kim, əzimü cəbbaram, Sərkəşü sərfərazü sərdaram. Kim ki, bəhs ilə baş qoşarsa mana, Gər Firidun isə hərifəm ona. Gəh olur huş alım dimağından Ki, başın bilməyə ayağından. Mən kiməm? - Həmdəmi-Cəmü Cəmşid, Saflıqla qərineyi-xurşid. Məhəki-cövhərim təmam əyar, Laleyi-kuhsari-hilmü vüqar. Bir binadır vücudi-şər'i-bəşər, Sirri-təhqiqə olmağa məzhər. Hər binada ki, yaxşıdır bünyad, Onu əfzunraq eylərəm abad. Hər binada ki, süstdür ərkan,

Onu əslilə eylərəm viran. Bu səbəbdən mənə yetən əshab, Kimi xoş vəqtdir, kimisi xərab. Düşdü Davuddan zəmirimə zövq, Hüsni-avazə hasil etdim şövq. Ərz qıldım Kəlimə surəti-hal, Rifqimi qıldı ümmətinə həlal. Qövmi-tərsayə mən tanıtdım rah, K'etdilər1 İqtidai-Ruhullah. Mən həqiqətdə əhli-irfanəm, Deməsinlər şəriki-şeytanəm. Adəmə səcdə qılmayıb şeytan, Tapdığında qürur ilə üsyan; Məndən olsaydı nəş'əsi bir dəm, Min gəz eylərdi səcdeyi-Adəm. Riqqətəfzayi-aşiqi-zarəm, Çöhrə-əfruzi-hüsni-dildarəm. Nəzəri-aşiqü rüxi-məhbub, Biri talib durur, biri mətlub. Hicr ilə müşkil ikən onlara hal, Mən buraxdım araya tərhi-vüsal. Gərçi düşmənligimdə fitnəm çox, Dustluqda dəxi misalım yox. Hər nə dərd olsa, mən dəva verərəm, Təb' güzgüsünə cila verərəm. Bir xirədmənd aliməm mahir, Batin əhvalın eylərəm zahir. Məktəbi-meykədəmdə şamü səhər Şərhi-təcrid oxur müdərrislər. Padişahları, istəsəm, asan Qılıram bir gəda ilə yeksan. Gər gədaları, istəsəm filhal Qılıram padişahi-bizərü mal. Mənəm ərbabi-rif'əti-dərəcat, Baisi-xeyrü daxili-həsənat.

Mənəm ol şəhryari-həft iqlim Ki, mənə şahlar qılır tə'zim. Hər kim olsa, əyağıma baş urar, Mən gəlincə qamu əyağa durar. Gövhərimdir mənim müfərrihi-zat, Mənəm, əlqissə, mənşəi-həsənat. Həsənatimi ondan eylə qiyas Ki, demiş həq mənafeün-linnas. Vəsfi-zatimdə bir hekayət var, Guş gər tutsan, eylərəm izhar.

SİFƏTİ-MAHRÜYİ-GÜLRÜXSAR1

Var idi Reydə bir xücəstəxisal, Mahtəl'ət nigari-mişkinxal. Meyi-lə'li-ləbi nişatəfzay, Nüqli-göftarı nəğzü bəzmaray. Meyə düşmüşdü əksi kimi, müdam Aliban müttəsil qədəhdən kam. Bir gün ol sərvqəddü gülrüxsar Qıldı zöhhad məclisinə güzar. Gördü bir zahidi-pərişanhal, Keçmiş övqatı zöhd ilən məhü sal, Bilməmiş kim, məzaqi-badə nədir, Xətti-mişkinü ruyi-sadə nədir. Xəlqə eylər hekayəti-məhşər, Sifəti-huri, cənnətü Kövsər. Növcavan qıldı meyli-Kövsərü hur, Dedi əcz ilə: - Ey xudayi-qəfur! Var ümidim ki, əhli-cənnət olam, Mən dəxi müstəiddi-rəhmət olam. Qeybdən gəldi bir nidayi-lətif Qulağına ki: "Ey hərifi-zərif! Tanrı bir padişahi-adildir,

Feyzi məcmui-xəlqə şamildir. Kərəmindən o qadiri-qəyyum Eyləməz hiç kimsəni məhrum. Kimi dünyada şadiman eylər, Kimi üqbada kamiran eylər. Sən ki, dünyada əhli-işrətsən, Sakini-məsnədi-məsərrətsən, İçdigindir nişatilən meyi-saf, Kövsər ummaq degil sənə insaf. Qərəzin Kövsər isə meydən keç, Yoxsa al nəqdi, nisyə istəmə heç. Badə məhrumi abi-Kövsər içər, Kimsə, Kövsər demə mükərrar içər. Bu dəlil ilə Badə Kövsər imiş, Gör nə xoş nəsnəyə bərabər imiş. Bəng kimdir hərifi-Badə ola? Bəhs qılsa, həramzadə ola. Cəddi-pakim həqiçün, ey Əsrar, Olmasan dərgəhimdə xidmətkar, Gəlib endirməsən əyağıma baş, Eyləsən aqibət mənimlə savaş, Qılmadan tirə ruzigarını mən, Göyə savurmadan qübarını mən, Tutsam aram biqərar olayın, Rəddi-dərgahi-kirdgar olayın!"

SİFƏTİ-BƏZMİ-BƏNGİ- NAFƏRHƏNG1

Badə qılğac təmam göftarın, Buzə nəqşi-zəmir edib varın, Qıldı əzmi-rəhi-məhəlleyi-Bəng, Oluban qasidi-Meyi-gülrəng.

* * * Bəngi-xoşsirətü nikukirdar, Neçə həmdəmlər ilə fəsli-bahar, Bir əcəb mərğzar içində müdam Tutmuş idi nişatilən aram. Bərş idi həm Müfərrihü Əfyun, Hər biri rə'ylən bir Əflatun. Gəh düşüb elmi-şər'dən göftar, Gah hikmət sözü olub təkrar. Gərm ikən bəhsi-elmü fəzlü kəmal, Mütəvatir olub cəvabü sual, Verdilər Bəng həzrətinə xəbər Ki, "Durubdur qapında bir çakər, Der ki, Meydən gətirmişəm peyğam, İstərəm rüxsəti-ədayi-kəlam". Bəngdən rüxsət eyləyib hasil, Buzeyi-ziştruyi-naqabil Girdi ol bəzmi-xasə amanə, Başladı hərzə-hərzə əfsanə. Mey sözün dedi ol pəlidi-kərih, Bəlkə yüz nüktə həm məzidün-fih.

DİDƏNİ-BUZƏ TƏ'NƏHA ƏZ BƏNG1

Bu xəbərlərdən oldu şeyda Bəng, Buzəyə düşdü bimühaba Bəng. Başına çıxdı qəhrdən sevda, Buzəni qıldı tə'n ilə iyza: "K'ey qəlizü pəlidü nahəmvar! Gəndeyi-ziştü natəmam əyar! Sən qədimi mənim ənisim idin, Nə ənisim ki, kasəlisim idin. Badənin xud səninlə yox meyli, Olsa ondan bəiddir xeyli.

Sən nəsən ki, səninlə yar olalar, Gizli işlərdə razidar olalar? Heyf, Mey həm əgərçi düşməndir Ki, rəfiqi bu növ' kövdəndir. Layiq oldur səni məlamət edəm, Bu günü başına qiyamət edəm. Kövdənü əhməqü turuşrusən, Bədrəgü bədxisalü bədxusən. Meyə oldun bu fitnədə ortaq, Sınacaqdır sənin başında çanaq. Fərz olubdur sənə cəfa qılmaq, Ağ ikən üzünü qara qılmaq. Haliya çün rəsulsən naçar, Sənə məndən rəva degil azar. Mihmansan, bu gecə etgil xab, Verəyin sübh sözlərinə cavab." Bəzmi-Bəng içrə Buzə tutdu səbat, Bəng xüddamı etdilər xədəmat. Buzə ol cəm'ə həmnişin oldu, Sə'd ilə nəhs həmqərin oldu. Məclisi-xas idivü cəm'i-zərif, Mə'məni-pak idivü qövmi-şərif. Çün küdurət gedib səfa gəldi, Gərm olub mə'də iştəha gəldi, Çəkdilər türfə-türfə maddələr, Öylə kim, şairi-əcəm söylər: "Hərçi əndişə dər güman avərd.1 Mətbəxi rəftü dər miyan avərd." Gah paludə gəldi, gah həlva, Gəh müzə'fər çəkildi, gəh buğra. Çünki çox gördü bəngiyanə təam, Püxtəlik qıldı Buzeyi-bədnam, Qalmadı qəltəbanın ol cuşi, Oldu göftari-Mey fəramuşi, Dedi: "Ey Bəng! Badədən keçdim,

Getməzəm ol yanaya, and içdim. Mən sənin bir kəminə çakərinəm, Eşigində qulami-kəmtərinəm. Çoxdurur Badənin fəsadü şəri, Səndədir fəqrü məskənət əsəri. Buzə çün Bəngə oldu xidmətkar, Bəng feyzilə vaqifi-əsrar, Ol gecə Bəngü sairi-əshab Qıldılar rahətü sürur ilə xab. Sübhdəm kim, sipehri-camxüram Saçdı Bəng üstünə meyi-gülfam, Dürdsa təhnişin olub əxtər, Saf meykimi çıxdı şö'leyi-tər. Bəng fikrət dənizinə daldi, Ortaya tərhi-məşverət saldı Ki: "Nədir çareyi-şərarəti-Mey, Necə təskin tapar hərarəti-Mey?"

DƏR NƏSİHƏT NUMUDƏNI-ƏFYÜN1

Dedi Əfyun ki: - Olmağıl qəmnak, Mənəm ol zəhr dəfinə tiryak. Qılayın gecələr yuxunu haram, Yeməyəm nəsnə, tutmayam aram, Edəyim zaye etdigi əməgin, Ağrıdıb həmnişinlərin yürəgin.

BƏRŞ HƏM MÜTTƏBE ŞÜDƏ ƏKNUN2

Bərşə çün düşdü söz, dedi: - Ey Bəng! Onun ilə nə hasil eylər cəng? Nə rəva cəng öylə sərkeş ilə, Ələfı-xüşk netsin atəş ilə?

Necə kim, mülkə ol verir rövnəq, Kimsə meyl eyləməz sənə mütləq. Sınmadan bu nizai tərk edəlim, Bütün ikən bu mülkdən gedəlim.

PƏNDİ-MƏ'CUN BƏ GUŞİ-ƏSRARƏŞ1

Dedi Mə'cun ona ki: - Ey Əsrar. Nə həzimət, nə cəng eylə şüar. Layiq oldur onunla sülh edəsən, Gər tələb qılsa, yanına gedəsən. Eylə dəf inə məkr ilən tədbir, Safdildir, yeri, mizacinə gir. Qafil etmə özün müdaradan, Hiylə yeyrək degilmi qövğadan?

BƏNG TƏDBİR KƏRDƏN İZHARƏŞ2

Qılmadı Bəng hiç qövlü pəsənd, Gəlmədi hiç söz ona xürsənd, Dedi: - Mən həm rəsul göndərərəm, Sözlərinə cəvab döndərərəm. Qılsa taət, riayətim görsün, Qılmaz olsa, siyasətim görsün.

ZİKRİ-MƏ'CUNÜ DƏR RİSALƏTİ-U3

Ey Müfərrih, sənədir indi ümid, Olasan fəth qapusinə kilid. Səndədir hüni-xülqü lütfi-əda, Çox görübsən məcalisi-hükəma.

Səndə irfan cəvahiri çoxdur, Səndəki rütbə kimsədə yoxdur. Qərəzim olmağa sən eylə şitab, Sən mənə qövmsən, nə bu əhsab. Var, məndən Meyə nəsihət qıl! Gər qəbul etməsə, fəzihət qıl!

DƏR SİFATİ-MEYÜ ŞƏRARƏTİ-U1

Söylə: Ey bihəyayi-bihudəgərd, Müfsidi hər səlah olan namərd! Həmdəmin hər kim olsa leylü nəhar, Gah divanədir, gəhi bimar. Bu cahanda budur sənə tə'sir, Ol cahanda dəxi zəqumü səir. Sənsən ol rəhnümayi-əhli-əzab Ki, ayağın yetən yer oldu xərab. Məkrilən alın et evini yıxar, Bu fəsadın saqınma, başə çıxar. Ey bəsa əhli-təxtü sahibi-tac Ki, qılıbsan bir ətməyə möhtac. Ey bəsa huşiməndi-fərzanə Ki, qılıbsan səfihü divanə. Baisi-fitnəvü şərarətsən, Nəcisül-eynü bitəharətsən. "İnnəməl-xəmrü" ayesini oxu Ki, sənindir kinayətində çoxu. Qanda gəbr olsa, həmnişinindir, Bu səbəbdən ki, dini dinindir. Ulular səndən etməyə ikrah, Olur, əlbəttə, asiyi-dərgah. Kiçilər səndən etməsə pərhiz Çıxar, əlbəttə...

Çün xəmirən zinaya rağibdir, Axta qılmaq səni münasibdir. Sənsən olmuş müqəyyəd öz-özünə, Cüzvi işdən çıxarsan el üzünə. Kimə oldunsa məhrəmü yoldaş, Gizli sirrini qıldın ellərə faş. Əsərin düşsə hər yerə çoxü az, Qılmaz əhli-şəriət onda namaz. Çakərin oldu çəng, zar oldu, Damənin tutdu dürd, xar oldu. Tutdu bir ev himayətində hübab, Eylədin al ilə evini xərab. Şeyx Sən'ana bir dəm oldun yar, Tərki-din etdi, bağladı zünnar. Həmzə tədbirin ilə qıldı əməl, Naqeyi-Salehə yetirdi xələl. Səndə yoxdur təriqeyi-cədü əb, Sən ədəbsizsən, onlar əhli-ədəb. Səndə yoxdur təbiəti-fərzənd, Son münafiqsən, ol səadətmənd. Sirkə səndən dönəndə tapdı qəbul, Məclisi-ehli-şər'ə rahi-vüsul. Bisəbəb hərzə-hərzə qılma qəzəb, Şişəni çalma daşa, saxla ədəb. Bəs ki, əhli-xətasənü mürtəd, Qanda üz qoydun isə oldun rədd. Bəsi evlər xərabdır səndən, Çox bağırlar kəbabdır səndən, Açaram sirrini, tər olmaz isən, Dürd nisbət mükəddər olmaz isən.

SİFƏTİ-MEY Kİ, HƏST NAMƏŞRU1

Misr mülkündə var idi bir pir, Hərgiz ixlası tapmamış təğyir, Alimü arifü əfifüz-zeyl, Qılmamış xübs ilə xəyanətə meyl. Axiri-ömr olanda rikkəti-şeyb, Saldı tərkibinə mərəzdən eyb. Oldu tədbirə illəti möhtac, Dedilər Badədir bu dərdə əlac. Eylədi meyli-mey zərurət ilə, İçdi bir cür'ə mey küdurət ilə. Zövqi-mey saldı çün dimağına şur, Arizu qıldı mütribü tənbur. Müğbəçə mütribi çəkib avaz, Eylədi qarşısında cilvəvü naz. Pir şövq ilə mayil oldu ona, Qüvvəti-nəfs hasil oldu ona, Dedi; - Ey sərvqədd, siməndam! Nola versən məni-şikəstəyə kam? Məni vəsl ilə şadiman etsən, Pir ikən yenlədən cəvan etsən. Dedi: - Məndən murad hasildir, Leyk din ixtilafi müşkildir. Dinin ər dinimə münasib olur, Sənə məndən murad hasil olur. Pir ta razı ola xatiri-yar, Tərkidin etdi, bağladı zünnar. Oldu zaye cəmti-taatı, Gör ona netdi mey mülaqatı! Ey Meyi-ziştxu, budur əməlin, Dinü dünyaya çoxdurur xələlin.

FƏTİ-BƏNG DƏR XƏYALATƏŞ1

Mənəm ol tiztəb', pakzəmir Ki, lətif etdi tiynətim təqdir. Məndədir şəfdi-qübbeyi-xəzra, Əxtərim şahdanədən peyda. Şeyxlər eylər ehtiram mənə, Başları üzrədir məqara mənə. Cövhərim qədr ilən mükərrəmdir. Külli-tərkibə cüz'i-ə'zəmdir. Fələki-əncümün mühəndisiyəm, Cümlə elm əblinin müdərrisiyəm. Nola gəlsə mənə siğarü kübar, Almağa dərsi-məxzənül-əsrar. Səbzeyi-busitani-idrakam, Zövqbəxşi-zəmiri-qəmnakam. Xızr vaqif olub həqiqətimə, Girdi ol rütbə ilə kisvətimə. Mənə eldən dəgər təpançəvü zur, Elə məndən yetər nişatü sürur. Künci-hər mədrəsə məqamımdır, Firqeyi-əhli-elm ramımdır. Şövkət əhlinə olmazam həmdəm, Çəkməzəm şiddəti-məşəqqətü qəm. Dövlətin çün məşəqqəti çoxdur. Dövlətim var ki, dövlətim yoxdur. Qanda bir müflisü qələndər var, Mənəm ol müflisü qələndərə yar. Məndə yox Mey kimi məhəbbəti-şur, Dadlı sevməkdə olmuşam məşhur. Meydən imanda gəlmişəm əfzun, "İnnəməl-mö'minunə həlviyyun"2 Füqəra firqəsinə mən başəm, Müttəsil əhli-fəqrə yoldaşəm.

Səndən olğac əsiri-dərd mizac, Sihhət üçün mənə olur möhtac. Qanda olsam müqərrəbü məhrəm, Onda olmaz nişani-qüssəvü qəra. Mənəm ayinədari-feyzi-əzəl, Surətim jəngü siyrətim seyğəl. Versəm ayineyi-zəmirə cila, Görünür onda cümleyi-əşya. Səbzxət dübərəm, hicabım yox, Mənə aşiq yügüş, müqəyyəd çox. Munca fasiqlər içrə bibakəm, Tə'n edər xəlq, leyk mən pakəm. Mənə ariflərin iradəti var, Arif oldur ki, saxlaya əsrar. Ey bəsa binəvayi-müflisi-dun Ki, xəyal ilə eylərəm Qanın. Degiləm Badə kim, görüb atəş, Əksilə nəsnə məndənü çıxa qəş. Çəkmişəm şiddəti-hərarəti-nar, Çıxmışam xalisü tamam əyar. Aləmi bir xəyaldır dedilər, E'timadı məhaldır dedilər, Qütbi-aləm bu gün mənəm məşhur Ki, qılır min xəyal məndə zühur. Dərki-zatım saqınma asandır, Sirri-karimdə əql heyrandır. Bilməzəm qanda görmüşəm məktub, Öz sifatımda bir hekayəti-xub:

DƏR SİFATİ-MÜRİDÜ HALATƏŞ1

Bəsrədə bir müridi-rövşəndil Bəngə olmuşdu ruzü şəb mayil. Onu salmışdı nəş'eyi-Əsrar Hər zaman bir xəyala leylü nəhar.

Bildi pir ol müridin əf' alın, Zövqi-Bəng ilə xoş keçən halın, Qıldı məmnu' sohbətindən onu, Etdi məhrum həzrətindən onu. Bir gün ol namuradi-xəstəcigər Saldı əcz ilə pir saru güzər. Dedi: - Ey hər kəmala rahbərim, Ustadım, müəllimi-hünərim! Nə səbəbdən günahkar olubam, Nə günah eylədim ki, xar olubam? Pİri-saleh müridə verdi cəvab Ki: - Mənə bu işində qılma itab. Derlər Əsrar ilə olubsan yar, Zövqi-Bəng ilə vaqifi-Əsrar. Saluban qəsri-asimana kəmənd, Çox qılırsan təxəyyülati-bülənd. Göydədir müttəsil sənin seyrin, Sənə dərki qaçan yetər qeyrin? Kamilüs-seyr olduğun bildim, Tərki-dərsü təəllümün qıldım. Bu dəlil ilə Bəng kamil imiş, Xəlqə ondan murad hasil imiş.

ŞODƏNİ-MEY BƏCƏNG AMADƏ1

Eyləgəc Bəng sözlərini təmam, Qıldı Mə'cun risalətə iqdam. Leyk ta görməyə cəfayi-qədəh, Oxudu min kərə duayi-qədəh. Badeyi-ruhbəxşü canpərvər, Qalmış idi mükəddərü müztər, İntizar içrə kim, qaçan Buzə Dönə bir dəxi ol cigərsuzə; Qıla Bəngin hekayətin təqrir,

Görələr bir ona göra tədbir. Dedilər: - Bəngə döndü Buzeyi-dun, Leyk gəldi risalətə Mə'cun. Şükr qıldı ki: - Nikbətim getdi, Dövlətimdir ki, onu dur etdi. Meyə Mə'cun verib xəbər varın, Sərbəsər zahir etdi əsrarın. Badənin hiddəti füzun oldu, Qəhrdən rəngi laləgun oldu. Yığdı yanına Badə əshabın, Cəm' qıldı məsaf əsbabın. Dedi Mə'cunə: - İxtiyarın var, Xah get, xah bunda eylə qərar. Bildi Mə'cun ki, Bəng olur məğlub, Özünü qıldı Badəyə mənsub. Bəngdən keçdi, Badəxar oldu, Sahibi-izzü e'tibar oldu.

BƏNG HƏM DƏR MÜQABİL İSTADƏ1

Bəng bəm oldu haldan agah, Yığdı məqdur olduğunca sipah; Hər biri bir tərəfdə çəkdi səfi, Oldu rənginbüsat hər tərəfi.

ƏZMİ-MEYDAN NÜMUDƏNİ-ƏSRAR2

Əvvəl Əsrar girdi meydana, Səhni-meydanda gəldi cövlana, Başını açdıvü götürdü kötək,

Girdi meydana pəhlivanlartək, Urdu qayətdə pəhlivanlığa laf, İstədi pəhlivan kim, edə məsaf.

GÖFTƏNİ-SÜLH NÜQLİ-XİDMƏTKAR1

Nüql gördü ki, ol iki bibak Qılmaq istər bir-birini həlak. Bildi kim, onlar ilə olsa cidal, Ayağ altında ol olur pamal. Bəng başına cizginib hər dəm Yalvarıb düşdü Mey əyağına həm Ki, məgər dəf ola təriqeyi-cəng, Nə Mey etdi sözün qəbul, nə Bəng.

MƏN'ŞAN KƏRDƏNİ-MƏVİZ ƏZ CƏNG2

Var idi bir müdəbbir, adı Məviz, Vaqe' ol əsrdə bir əhli-təmiz. Həm şərabın atası, qardaşı, Həm səfərlərdə Bəng yoldaşı. Şamdən qıldı sülh üçün ilqar, Qıldı onlara və'zlər təkrar. Olmadı və'zü pənd faidəmənd, Əhli-cəhlə nə sud və'zlə pənd?

ŞÜDƏNİ-NÜQL DƏR MÜQABİLİ-BƏNG1

Nüql çıxdı onunla qılmağa cəng, Qıldı bir həmlədə şəhid onu Bəng.

DƏR MƏSAF AMƏDƏN MƏVİZİ -TƏMİZ2

Etdi əzmi-məsafi-Bəng Məviz, Ol dəxi olmadı hərifi-sitiz.

ƏZ PEYƏŞ HƏM KƏBABİ-ATƏŞİ-TİZ3

Ərseyi-rəzmi gərm qıldı Kəbab, Zərbinə ol dəxi gətirmədi tab.

KƏRDƏNİ-BADƏ CƏNGRA MƏQDƏM4 Gördü Badə ki, ləşkəri bir-bir, Oldu ol nabəkar əlində əsir. Vermədi qeyrə cəng üçün rüxsət, Özünü çəkdi ortaya qeyrət. Çün sipahilik içrə mahir idi, Ona tədbiri-cəng zahir idi. Bir neçə itrətini qoydu kəmin, Özü yalqız məsafa girdi həmin;

Girdi meydana, eylədi cövlan, Üzə çəkdi hübabdan qalxan. Bəng ilə çün müqabil oldu Şərab, Ləhzeyi qıldılar süalü cəvab.

KƏRDƏNİ-BƏHS BƏNGÜ MEY BAHƏM1

Mey edir2 - Mən nəbireyi-takəm! Bəng edir: - Sən pəlidü mən pakəm! Mey edir: - Mən nədimi-sultanəm! Bəng edir: - Mən bir əhli-irfanəm! Mey edir: - Hakimi-həvasəmü huş! Bəng edir: - Sufiyəm mən əzrəqpuş! Mey edir: - Mən şəfəq kimi aləm! Bəng edir: - Mən sipehr timsaləm! Mey edir: - Xoş mənimlədir aləm! Bəng edir: - Qütbi-aləməm mən həm! Mey edir: - Qəmli xəlqə qəmxarəm! Bəng edir: - Səncə mən dəxi varəm! Mey edir: - Mən çiraği-əncümənəm!

Bəng edir: - Rəşgi-səbzeyi-çəmənəm! Mey edir: - Eşq piri-rahimdir. Bəng edir: - Ol mənim pənahimdir! Mey edir: - Növrəsi-cahansuzəm! Bəng edir: - Piri-danişamuzəm! Mey edir: - Eylərəm səni fani! Bəng edir: - Dinmə, həddini tani! Bəhs ilə olmadı çü qət'i-niza, Fitnə sülhü səlaha qıldı vida. İbtida oldu çünki cəngü cədəl, Bir neçə həmlə oldu rəddü bədəl, Hiddəti-Bəng Meydən idi füzun, Bəng qüvvət tapıb, Mey oldu zəbun. Gördü çün dövlətində bimi-xələl, İstədi üzri-səyyiati-əməl. Nəzr edib eylədi Xudayı güvah Kim, bu növbət bu düşmən olsa təbah, Kimi tutdiysə eyləyə azad, Etməyə kimsənin fəsadım yad. Tapdı sail icabəti məs'ul, Saf idi qəlbi, nəzri oldu qəbul. Çıxdı nagəh kəmindən ol ləşkər, Oldu Bəngin sipahi-zirü zəbər. Buzəvü Bərşü Bəng əsir oldu. Kimi xürdü, kimi xəmir oldu, Badənin xatirinə yetdi səfa, Nəzr qılmışdı, nəzrə qıldı vəfa, Qıldı azad o dörd sərhəngi: Saqiyü Bərşü Buzəvü Bəngi. Hər birin qıldı bir işə mə'mur.

Aləmi etdi ədl ilə mə'mur. Aqibət Bəng edib ihanətə ar, Badənin xidmətindən etdi fərar. İmdi gəzdikdə qorxa-qorxa gəzər, Badə hər qanda görsə onu əzər. Özünü mütləq aşikar etməz, Mey olan yerlərə güzar etməz.

TƏLƏBİ-MƏĞFİRƏT Zİ RƏBBİ-QƏFUR1

Tövbə, ey K'irdigar-üzrpəzir Sözlərimdən kim, etmişəm təqrir. Nitq verdin ki, vəsfi-zatın edəm; Şərhi-keyfiyyəti-sifatın edəm; Nə ki, övsafı-Mey qılıb əmda, Bəng vəsfində olayım guya. Allah-Allah, bu mehz üsyandır, Qayəti-küfrü eyni-küfrandır. Çün Füzulidürür mənim ləqəbim, Əcəb olmaz gər olmasa ədəbim. Var ümidim ki, üzrüm ola qəbul, Olmaya böylə cürm ilə məs'ul.

Lüğət: Bəzm – məclis Bəzmgəh eylədi mürəttəb – məclis düzəltdi; Mur – qarışqa; Əhli – raz - sirr əhli, sirdaş; Məxfi – gizli; Əsrar – sirrlər; əsrari-dil - ürək sirrləri; əsrari-nihan - gizli sirlər; Ariz – yanaq; Təriq – yol; Daniş – bilik, elm; Can – ruh, bədən; Ari – boş, çılpaq; Dər – qapı; Əbvab – qapılar; əbvabi-təkəllüm etsə ağaz - söz qapılarını açsa, danışsa; Sal – il; Əqli – vali – yüksək ağıl; Piri – həmidətül-xəsail - gözəl xasiyyətli qoca; Yari – ğar - mağara yoldaşı, köməkçi; Vəsi – varis, vəsiyyət edilmiş adam; Nazim – düzən, tərtib edən; mənzum əsər yazan şair; Babi – məsdud - bağlı qapı; Badə – şərab; Bəng – tiryək; Vəhm – qorxu; tərəddüd; Rəvan – gedən, axan ruh; Zərrin – qızıla tutulmuş şey; Dürd – şərabın dibinə çökən xılt; Pamal – ayaq altında qalan; Cüda – ayrı; Əyyam – zaman, günlər; Bünyad – özül, əsas; Zinhar – saqın; Həmdəm – yoldaş; Məhrəmi – raz - sirrə məhrəm; Tər – təzə; Xüld – cənnət; Ayin – adət, qayda-qanun; Nəsimi – gülriz - gülləri tökən səhər küləyi; Dəm – qan; nəfəs; ah; söhbət; Zər – qızıl; Rəxt – paltar; Gil – palçıq, torpaq; Məhbub – sevgili; Xurşid – günəş; Gərm – isti; gərmi-hazar qılmaq bazan qızışdırmaq; Zərq – hiylə; Laf – danışıq, yalan söz; Baqi – həmişəlik, qalan, daimi; Bigah – vaxtsız; Pir – qoca, yaşlı; Xürrəm – şad; Nakəs – alçaq, sayılmayan adam; Nasəza – layiq olmayan, ləyaqətsiz; Təlx – acı; Faş – zahirə çıxmaq, məlum olmaq; Dur – uzaq; Dəstgir – əldən tutan; Qübar – toz; Təğafül – özünü bilməzliyə qoymaq; Giriftar – tutulmuş; Nab – xalis, saf; azı dişi; Bab – qapı, fəsil; İkrah – iyrənmək; Əshab – müsahiblər, həmsöhbətlər; Çakər – nökər, qul; Təhəmmül – dözmək; Qədr – hiylə, vəfasızlıq, haqsız- lıq, zülm; Pey – iz; Zəbun – düşgün, aciz, zəif; Füzun – artıq, çox G; Gülfam – gül rəngli; Cəng – döyüş, müharibə; Əndişə – fikir, xəyal; Firib – aldatmaq; Pünhan – gizli; Qövl – söz; Cədəl – mübahisə; Rah – yol; şərab; Bədnam – pis adlı; İstiqbal – qabağa çıxmaq, qarşı- lamaq, gələcək; Sərnigun – başı aşağı; Füsürdə – donmuş, solğun; Cünun – dəlilik Ç; Batil – əsassız, həqiqətə uyğun olmayan; Təqdir – olacaq şeyin Allah tərəfindən qabaqcadan müəyyənləşdirilməsi; bəyənmək, qədrini bilmək; Qanda – harada; Müsahib – həmsöhbət; Xirəd – ağıl; Xar – tikan; fəqir, zəlil; Xah – naxah - istər-istəməz; Qəni – varlı, dövlətli; Yar – yoldaş, dost; sevgili; Səbz – yaşıl; Bipərva – köməksiz; qorxusuz, cəsarətli; İstiğna – ehtiyacsızlıq, laqeydlik; Yügüş – çox Z; Guş – qulaq; guş tutmaq - qulaq asmaq; Əyan – açıq, aşkar; Manənd – oxşar, oxşatmaq; Nayab – tapılmayan; Mahi – taban - parlaq ay; Ruz – gün; Nigah – baxış; Pərtöv – işıq; nəsihət; Mah – ay; Seyl – sel; Kənar – qucaq; Dərdi – dil - ürək dərdi; Sər – baş; Əzim – böyük; Kuhsar – dağlıq yer; Bina – görən, qabağı görən; Məzhər – bir şeyin zahir olduğu yer; Hüsni – göftar - söz gözəlliyi X; Gəz – dəfə, arşın; Mətlub – tələb olunan, istənilən şey; Hicr – ayrılıq; Xirədmənd – ağıllı; Yeksan – bərabər; Nigar – şəkil; gözəl; Kam – məqsəd, arzu; ləzzət; Övqat – vaxtlar; Məzaq – zövq; Mişkin – xoş qoxulu, qara rəngli; Əcz – acizlik; Dəlil – yol göstərən; sübut; Cədd – baba; Tirə – qaranlıq; Biqərar – qərarsız, narahat; Zəmir – ürək, könül; Kərih – iyrənc; Nahəmvar – əyri; Ənis – həyan, həmdəm; Rəfiq – yoldaş; Kövdən – axmaq, dərrakəsiz; Məlamət – məzəmmət, danlaq; Xab – yuxu; Həmnişin – yoldaş; Nəhs – uğursuz; Əcəm – ərəb olmayan; Miyan – bel; orta; Vaqif – xəbərdar; Əxtər – ulduz; əxtəri-bəxtim odlu tirə - bəxt ulduzum qa- raldı (söndü); əxtərşünat münəccim; Qəmnak – qəmli, kədərli; Xüşk – quru; Niza – çəkişmək, vuruşmaq, mübahisə; Xürsənd – şad; Xülq – təbiət; Leyl – gecə; Divanə – dəli; Bimar – xəstə; Bəsa – çox; Rağib – rəğbət edən; Zar – sızıldayan, ağlar, zəif; Daməni – kuh - dağ ətəyi; Fərzənd – oğul; Bəsi – çox, xeyli; Hərgiz – heç zaman, əsla; Avaz – səs, səda; Xəzra – yaşıl; Peyda – zahir, aşkar olmaq; Mükərrəm – hörmətli; Əncüm – ulduzlar; Müqərrəb – yaxın; Hicab – pərdə; utanma; İradət – arzu, istək; Qanı – hanı; Xali – boş; Güzər – keçmək; İtab – datılaq, töhmət; Bülənd – yüksək, ali; Ruhbəxş – ruh verən; Canpərvər – ürəyə xoş gələn; Əsbab – səbəblər, vasitələr; Cidal – döyüşmək, vuruşmaq; Müdəbbir – tədbir tökən; Tiz – cəld, iti; Rəzm – müharibə, dava; Nabəkar – işə yaramaz; Kəmin – pusqu; Nədim – həmsöhbət, yoldaş; Növrəs – yeni yetişmiş; Bədəl – əvəz, bir şeyin yerini tutan; Güvah – şahid; Fərar – qaçmaq

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.