Əsas məzmuna keç

Qoşma

Bəllidir

Məxdumqulu Fəraqi

1

Eşşək özün əskik saymaz bədəvdən, Qiymət etsən, at yanında bəllidir, Bədəv desən, bütün atlar bir olmaz, Çin bədəvlər meydanında bəllidir.

Uşaqlıqda bilməz idin, bəy idin, Yamana heç keçməz sözün, öyüdün, Arif olsan, əslin sorma igidin, Ədəbində, ərkanında bəllidir.

Bu cahanda bilinməyən sir olmaz, Hər yolbarsdan qaplan olmaz, şir olmaz, İgid desən, hər igid də bir olmaz, Qoç igidlər mehmanında bəllidir.

Dövlət qonsa ucalacaq başın da, Həmayətin − elin gərək qaşında, İgid özün məlum edər işində, Qılıncında, zəbanında bəllidir.

Məxdumqulu, qəriblərin göz yaşı, Dağları yandırıb, əridər daşı, Fəqirə zülm edən zalımın işi Ruzi-məhşər divanında bəllidir.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.