Bəllidir
Yaxşılığı pis bilməz – Ər yanında bəllidir, Görər gözün qiyməti, Kör yanında bəllidir.
Dəli könül dayancı, Yoxdur dünya inancı, Sağ qulağın güvənci Kar yanında bəllidir.
Əgər pirsən, əgər yaş, Qılma sirrin xəlqə faş, Sir saxlayan məhək daş Zər yanında bəllidir.
Bu dünyanın muradı – At, zənən, ər züryadı, Arvananın qüvvəti Nər yanında bəllidir.
Olsa qəmdən xilasım, Yaza dönsə qış fəslim, Məxdumqulu, ixlasım Yar yanında bəllidir.