Əsas məzmuna keç

Qoşma

Bəlli

Məxdumqulu Fəraqi

1

Nuri-məhvəş, günəş, qutlu həbibım, Adın sər dəftərdə, lövhədə bəlli. Yeddi asman, doqquz fələk üstündə, Bəşər rəsulunda ziyadə bəlli.

Mahların tacısan, gözlər çırağı, Göydə mələk, yerdə bəşər yəyrəgi, Zəminin rəfiqi, göyün dirəyi, Lövhi-məhfuzda, həm səmada bəlli.

Şəfıqül-müznibin məhşər günündə Maqamı əlasan haqqın yolunda Şamü səhər ümmətlərin dilində Mömin diləyində duada bəlli.

Məhəbbətin təndə, ürəkdə, canda, Nə bir canda, bəlkə cümlə cahanda, Huri-rizvan oxur cənnət məkanda, «Təha», «Yasin», bütün surədə bəlli.

Gəlsin deyib xəbər gəlcək həbibdən Buraq minib çıxdın ərzi-şərifdən Şəfaətin əskik etmə qəribdən, Məhşər gün yetirən murada bəlli.

Ağlımı unutdu eşqin havası, Yüz can ola bir görnüşün fədası, Məxdumqulu derlər, şərməndə, asi, Atası səhrayi-Azada bəlli

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.