Əsas məzmuna keç

Qoşma

Bəlkə, qocalıq da qar rəngindədir

Zəlimxan Yaqub

1

Təbiət pay böldü fəsillərinə, Çiçək yaza düşdü, qar qışa düşdü. Yer üzü ağardı bircə gecədə, Yağdıqca qar gözə, qar qaşa düşdü.

Zirvələr gümüşdü, dərələr ağdı, Qarın yaraşığı qartallı dağdı. Allaha şükür ki, çöllərə yağdı, Hələ ki qar dağa, qar daşa düşdü.

Cilovsuz at kimi baş alıb gedir, Bilmirəm bu qədər kövrəklik nədir. Bəlkə, qocalıq da qar rəngindədir, Qorxudan qəlbimə qarğaşa düşdü.

2001, 3 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.