Bəlkə
Dənizə baxıram, sahili qaya, Ölkəyə baxıram, sərhədi hasar. Birini təbiət yaradıb, Birini insan, Biri könül açan, biri könül qanadan. Dənizə baxıram, sahili qaya, Ölkəyə baxıram, sərhədi hasar. Qoymaz meydanımız genişlənməyə, Hasar arzuların başından basar. Tikanlı məftillər dar ağacıtək, Şirin duyğuları boğazdan asar. Təəssüf yandırır dodaqlarımı, Sahilsiz dəniz yox, sərhədsiz ölkə. İçimdə bir dəli ümid göyərir, Sabah bu sərhədlər olmadı, bəlkə...