Bəlkə
Aşıq, ağrın alım, bir “Qaytarma” çal, İnciyən gözəlim qayıda, bəlkə. Sazda “Müxəmməs”im, tarda segahım, Bayatım, qəzəlim qayıda, bəlkə.
Boranı əylənə, qışı dayana, Tökə ətəyindən daşı, dayana, Ağlayan gözünün yaşı dayana, Axırım, əzəlim qayıda, bəlkə.
Gəlişi qaytara ötən çağları, Sağala aşiqin sinə dağları Gəzə Zəlimxanla yaşıl bağları, Söhbəti məzəlim qayıda, bəlkə.