Bəlgilidir
Dostlara, dostum mənim candan şirin sevgilidir, Can kimi pünhan cahanda aləmə bəlgilidir.
Baş ilə varsam ana, handan olursa güzəri, Tutsam ol yerdə vətən, ol yer ki onun yoludur,
Deyərdi yar: mən aşiqim öz əlimlə qətl edəm, Andan əvvəl məni qəm paymal edib almalıdır.
Özgə aşiqlərin olsa payi bənd zülf-tarına, Mən qəribin bənd ona həm ayağı, həm əlidir,
Qeyrilə bəzm eyləyib, eyləsə xoş könlünü yar, Məclis içrə yad edib de: «Ol qərib qayğılıdır».
Yaz gələr, vəqt də gedər, qəflətə batmış gözlərim, Açayım dersəm açılmaz, nə ağır uyğuludur.
Bilməyən, soranlara deyin bu qərib adımız, Əsli gərkəz, yurdu Ətrək, adı Məxdumquludur.