Belə getsə
Bu zamanın ətəyində namaz qılmağa dəyməz, – Əl bulaşıq, ətək kirli, namaz batil olacaq.
Ədaləti öldürübsə, xəyanətin zərbəsi, Gələcəyin məhkəməsi sanma adil olacaq.
Didilirik parça-parça günahların əlində, Xırpalandı boğazımız tamahların əlində. Allah özü acizdirsə, “allah”ların əlində, Əqidələr əlil, şikəst, inamlar şil olacaq.
Şuxluğunu unudarsan yük əyəndə qəddini, Əli sənə yetən deyil, çağırsan da cəddini. Şeytan elə qarışdırıb xeyrin-şərin səddini, Belə getsə, möminlər də dönüb qatil olacaq.
2003, 29 mart