Bəhlulun sazı
Qoymur əlindən yerə, Bəhlulum saz öyrənir. Gözəl nəğmə, şirin söz, Şirin avaz öyrənir.
Boyu heç saza çatmır, Elə hey çalım deyir. Oxuyur öz-özünə, “Ay qadan alım”, – deyir.
Yatanda sazla yatır, Duranda çalır yenə. Sığmır evə-eşiyə, Səsi ucalır yenə.
Təzənəsi itəndə Ağladıqca ağlayır. “Çalanım hanı?” – deyir, Telləri qucaqlayır. Gərək təzənəsini Tezcə tapıb verəsən. Sən Bəhlulu həvəslə Saz çalanda görəsən.