Əsas məzmuna keç

Heca şeiri

Bəhlul Zəlimxanoğluna

Zəlimxan Yaqub

1

Arzular qarşısında neçə qat divar durur, Sən ki o divarların sərtliyindən halısan. Gecə-gündüz əlləşib dişinlə-dırnağınla, Tərpənməz qayaları tərpədib yarmalısan.

Adı yaraşıq verir əsrlərə, illərə, Dildə dastan olanlar nahaq düşmür dillərə. Əgər gözün düşübsə, ən uzaq mənzillərə, Ora ayağınla yox, eşqinlə varmalısan.

Bel bağlamaq əbəsdir ömrün gəlhagəlinə, Boran qalxar, qar düşər xırmanına, vəlinə. Sən Fərhad, dağ Bisütun, külüng alıb əlinə, Onu qum-qum oynadıb, daş-daş qoparmalısan!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.