Bədnam olur
Hər əmirin, gər vəzirin ağlı gödək, xam olur, Ol əmirin adı axır xəlq ara bədnam olur.
Bir aqil − sahib kamalın əli birlə iş tutan, İşini daşdan alar, tərpəndikcə, kam olur.
İstəsən səriştəsin sən bu cahanın sərbəsər, Əl açan, qəhrin keçən danəndeyi-əyyam olur.
Gəlləban ərbaba dönüb, olmuş ərbablar əmir, Şahlara olmaz etiqad, əli nafərcam olur;
De səlam Məxdumquludan yağı olan bəylərə, Ay dolar, əncüm batar, rüsvayi-xasü am olur.