Bədbəxtlik
İllərlə özünə ailə qura bilməyən, evsiz-eşiksiz
qalan, üzünün, başının tükü bir-birinə qarışan,
gecələr küçələrdə yatan insanlar da gördüm
Bədbəxtlik deyilmi, oğul olasan, Bir qız dodağında adın olmaya. Kişilik yanından xəbərsiz keçə, Nazınla oynayan qadın olmaya. Səninçün ləzzəti itə dünyanın, Damağın olsa da, dadın olmaya. Bir yuva qızdırıb, yurd isitməyə, Ocağın olmaya, odun olmaya. Bədbəxtlik deyilmi, puç yaşayasan, Yaşadım deməyə dilin gəlməyə. Bədbəxtlik deyilmi, belə bir ömrün Başına bir paslı güllə çaxmağa Barmağın titrəyə, əlin gəlməyə.
2001, 11 iyun Vaşinqton