Əsas məzmuna keç

Qoşma

Bədbəxt adam

Zəlimxan Yaqub

1

Yaxşı tanıyıram bu bədbəxti mən, Yazıq haçan güldü, haçan sevindi? Nə bircə qapını açdı sevinclə, Nə də qapısını açan sevindi.

Gördü sifətini, gülən ağladı, Paylaşıb dərdini bilən ağladı, Kövrəlib, yanına gələn ağladı, Baş alıb yanından qaçan sevindi.

Himindən yıxıldı, dəhnəsi getdi, Təzəsi dağıldı, köhnəsi getdi. Ondan ilanın da zəhləsi getdi, Sürünən ayrıldı, uçan sevindi.

2001, 2 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.