Bazar yolu
Bir məzar yoludu bu bazar yolu, Yoxsullar bu yolla ölümə gedir. Cibi boş, ürəyi dərd ilə dolu, Alverə getmir ki, zülümə gedir.
İnsandı, onun da nəfsi, tamahı, İnsandı, onun da iştahası var. Yerdə arxası yox, göydə pənahı, Elə yeriyir ki, sanki, yası var.
Evinə qayıdır əl boş, üz qara, Nisgildən, ağrıdan, azardan gəlir. Könül tikə-tikə, can para-para, Xortdamış ölüdü, məzardan gəlir.