Baxma
Gözəl kəməndinə düşən bəxtəvər, Axtar anasını, özünə baxma. Alovlu baxışlar aldadar səni, Ağlını dərk eylə, gözünə baxma.
Eşqi bala kimi bağrına bərk bas, Ona toxunmasın nə kədər, nə yas. Həyatda hamıya yaxşı qulaq as, Sevgidə heç kəsin sözünə baxma.
1975, 15 sentyabr İsmayıllı