Əsas məzmuna keç

Heca şeiri

Baxa biləydim

Zəlimxan Yaqub

1

Yayın ortasında heç kəs inanmaz, Desəm, qara baxdım, qırova baxdım. Əlimi qaldırıb qaşımın üstə, Qarabağ düzündən Murova baxdım.

Qaynar ürəyimdən bir arzu keçdi: O qarlı zirvəyə çıxa biləydim. Düzlərdən dağlara baxdığım kimi, Dağlardan düzlərə baxa biləydim.

1975, 30 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.