Bax-bax
Axı biya, biya, bigu, Bigu, biqof, dağa bax-bax! Həyyü, həqqü hakim sənsən, Həyyə bax, bu bağa bax-bax!
Gözüm sağı, səhər çağı, Geyək ağı, gəzək bağı; Hamı sevib bu sayağı, Qaymağa, həm yağa bax-bax!
Əziz ayə, müəmmayə, Salsan sayə, bu məvayə, Səbəb sənsən bu sevdayə, Böyük ağa, sağa bax-bax!