Əsas məzmuna keç

Qoşma

Bax-bax

Aşıq Ələsgər

1

Şəriət oxuyan, təriqət bilən, Haqlıq eyləyirsən, haqq dinə bax-bax! Qalmayıb dünyada "mənəm" deyənlər, Həzrət Süleymanın taxtına bax-bax!

Oxuduğun Quran hardadı, hanı?! Hansı yola dəvət edir insanı?! Salıbsan zindana gözəl bir canı, İqbalına bax-bax, baxtına bax-bax!

Ələsgərin könlü geyib qaralar, Şəfa bulmur qəlbindəki yaralar, Qoca səfa sürər, gözəl saralar, Tarixinə bax-bax, vaxtına bax-bax.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.