Əsas məzmuna keç

Heca şeiri

Bax

Zəlimxan Yaqub

1

Çox baxdın uzaqlara, Bir az da yaxına bax. Yanında gül açılıb, Budağın şaxına bax.

Bağrımı yarıb gedir, Köksü qabarıb gedir, Məni aparıb gedir, Selə bax, axına bax.

Alovam, canındayam, Sevgiyəm, qanındayam, Qılıncam, qınındayam, Qılınca bax, qına bax.

1998, 18 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.