Batinimdə dedi mənə bir əziz
Batinimdə dedi mənə bir əziz: – Məhəbbətdən keçən haqdan da keçər. Vermən nəsibini, kəsin qidasın, Məhəbbətdən keçən haqdan da keçər.
Məhəbbət adəmi haqqa yardır, Məhəbbət etməyən can murdardır, Dünyavü axirət yüzü qaradır, Məhəbbətdən keçən haqdan da keçər.
Gerçək olan bir nəfəsə inana, Canımız veririz qurban canana, Lə’nət olsun iqrarından dönənə, Məhəbbətdən keçən haqdan da keçər.
Dörd qapu, qırx məkan, yetmiş iki qat, Məhəbbət dedigin təcəlliyi-zat, Mö’minə, müslümə, xeyir, nəsihət, Məhəbbətdən keçən haqdan da keçər.
Məhəbbət dedigin xaslar xasıdır, Məhəbbət olmayan haqqın nəsidir? Dost Xətayinin bu, haqq nəfəsidir: Məhəbbətdən keçən haqdan da keçər.
Lüğət: İnan – cilov; Təcəlliyi – zat – Allahın görünməsi