Batdı, yaranlar
Dörd min dörd yüz yaşlı Loğman həkim də Başı qara quma batdı, yaranlar. Qara atlı, ağır gürzlü Rüstəm də Əcəl cilovından tutdu, yaranlar.
Yusifın arzusu aqub yanında, Sevgisi bağrında, dərdi canında, Kimin qədri vardır çərxin yanında, Yusifi qul edib satdı, yaranlar.
Aləmə hökm edən İskəndər sultan, Əcəl tədbirinə tapmadı dərman, Taxtını yel çəkən hökmi-Süleyman, Dünyada qalmadı, ötdü yaranlar.
Üç yüz on üç mürsəl, qalmadı biri, Hanı Asif − Süleymanın vəziri? Hanı haq rəsulu, haqqın öz şiri, Qara yer hamısın uddu, yaranlar.
Məxdumqulu deyər, qafil oturma, Qılca canı uzun qəmə batırma, Bu dünyanı həsrət ilə ötürmə, Bir fəsil dövrandır, ötdü, yaranlar.