Əsas məzmuna keç

Heca şeiri

Başımız qarışdı

Zəlimxan Yaqub

1

Açdıq əllərimizlə göylərin qapısını, Gecə-gündüz fikrimiz Yaradana varışdı. Tək Tanrıya ucalıb, haqqa qovuşmaq üçün Dilimizdə səslənən duadı, yalvarışdı.

Ürək olduq, ruh olduq, baş olduq, beyin olduq, İldırımdan sürətli, şimşəkdən yeyin olduq. Bir az kövrək, bir az sərt, bir az ərköyün olduq, Dünya ilə könlümüz tez-tez küsdü, barışdı.

Tamahdan qorunmağa sipərimiz olmadı, Allaha qovuşmağa təpərimiz olmadı. Ömür elə keçdi ki, xəbərimiz olmadı, Başımız zaman-zaman yaşamağa qarışdı.

2010, 20 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.