Əsas məzmuna keç

Gəraylı

Başdaşında yazı

Zəlimxan Yaqub

1

Gözləməyin yollarımı, Tapılmışdım, itdim daha. Dünya üçün tükənmişəm, Həyat üçün bitdim daha.

Bax bu lallığa, karlığa, Yol genişlikdən darlığa. Sirdaş oldum məzarlığa, Son mənzilə yetdim daha.

Başa çatdı vaxt, ərəfə, Çatdım sonuncu şərəfə. Çağırdılar Haqq tərəfə, Getməliydim, getdim daha.

2006, 15 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.