Əsas məzmuna keç

Qoşma

Başdan, doğrusu

Məxdumqulu Fəraqi

1

Eşit, pərim, aşiq oldum, Mən ilkin başdan, doğrusu. Bir görməyə, mail oldum, Göz ilən qaşdan, doğrusu.

Könlümün xoşgahı sənsən, Külli aləm şahı sənsən, Yeddi fələk mahı sənsən, Sel rəvan yaşdan, doğrusu.

Üzün Züleyxanın görkü, Fırlanar fələyin çərxi, Bilinməz adamın fərqi, Sin ilə daşdan, doğrusu.

Qız alınar kalım ilən, Adam solar zülüm ilən, Nəsib edər, ölüm ilən Dinər təşvişdən, doğrusu.

Dillər yaxşı-yaman saçar, Hər kişidən dövran keçər, Namərd igid eybin açar, Sızdırıb dişdən, doğrusu.

Gündüzlər gün, gecə məhtab, Dərya ləbi oldur Lübab, İçər olsa hər kəs şərab, Qalarmış huşdan, doğrusu.

Qalmaqaldan bəla gələr, Yaxşı-yaman varı bilər, Biri ağlar, biri gülər, Gün çıxar qaşdan, doğrusu.

Qaplan gurlar çay içində, Qurd yeriyər lay içində,

Qərib olsa bay içində, Ağarar saçdan, doğrusu.

Gər, Fəraqi, həmrah olsan, Naçar qalan könül alsan, Yaxşı ilə deyib-gülsən, Ayırmaz huşdan, doğrusu.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.