Başa-baş
A bimürvət, həsrətini çəkməkdən İllər ilə xəstə düşdüm başa-baş. Mən aşığam başa-baş, Oxu dərsin başa-baş,
Eşqindən səməndərəm, Oda yandım başa-baş. "Can" deyənə "can" deginən mərdana, Baş qoyanın qoy yolunda başa-baş!
Səndən ayrı haçan geysəm al, inci, Geyinibsən, yar, qəddinə al, inci. Mən aşığam, al inci, Gey qəddinə al, inci. Dosta xəyanət olmaz, Qurma mənə al, İnci! Bir canım var, alacaqsan al, İnci! Bir busə ver, sevda vuraq başa-baş.
Ələsgərəm, dərdim budu, ay ağa! Eynim yaşı neysan kimi a yağa. Mən aşığam, ay ağa! Piltə yanar a yağa. Mərd sözün üzə söylər, Heç yapışmaz ayağa. Gah baş olan, gah da düşər ayağa, Kimsə vurmaz fələk ilə başa-baş.