Əsas məzmuna keç

Divani

Baş endirir

Aşıq Ələsgər

1

Ələstidən "bəli" deyən Sübhana baş endirir. Məhəmmədə tabe olan Qurana baş endirir. Özü birdi, adı minbir, Vəhdəhu əl-laşərik, Əhli-mömin görə bilməz, Pünhana baş endirir.

Ölməyincə bu sevdadan Çətin dönəm, usanam, Həqiqətdən dərs almışam, Təriqətdən söz qanam; Şahi-Mərdan sayəsində Elm içində ümmanam; Dəryaların qaydasıdı: Ümmana baş endirir.

Biçarə Aşıq Ələsgər, Olma elmə nabələd; Danışanda doğru danış, Sözün çıxmasın qələt; Çox qazansan, az qazansan, Beş arşın ağdı xələt; Mal-dövlətə baş endirən Əfsana baş endirir!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.