Baş ağrısı
Ürəyin nə üçün ağrıyır demə, O sənin atdığın daş ağrısıdı. Qəlbimi qanadan səssiz güllələr, Gözümü göynədən yaş ağrısıdı.
Hayana üz tutdum, hayana vardım, Dərdi bir dağ kimi sinəmdə yardım. Biryolluq kökündən çəkib atardım, Bilsəydim azarım diş ağrısıdı.
Təntiyir bürküdə, üşüyür qarda, Nəfs imtahan verir çətində, darda. Mal-mülk də, ad-san da, dövlət də, var da, Nə varsa hamısı baş ağrısıdı.
2003, 7 noyabr