Bakı vaxtı
O vaxt hara, bu vaxt hara, Orda günün günortası, burda gecə tən yarıdı. Bu dəyişmə sənlik deyil, təbiətin qərarıdı. Uzaq-uzaq mənzilləri ömür yolu seçirsənsə, Qalxıb hava gəmisinə, Bir qitədən havalanıb başqasına keçirsənsə, Dəyiş, dəyiş saatını! Yerli vaxtın qaydasına uyğunlaşdır həyatını. Çərxi döndər, pəri hərlə, Biləyində bax saata, əqrəbləri geri hərlə. Vaxtın zəhmi ağır olur, az qalır ki, ağıl çaşa. Hər oğulun ağzı deyil yerli vaxta uyğunlaşa. Zaman məndən inciməsin, mən saatı dəyişmərəm, Beş-on günün hesabına Əlli ildir yaşadığım bir həyatı dəyişmərəm. Qürbət elə bilməsin ki, Yerli vaxta uyğunlaşıb zamanı çaş-baş salmışam. Bakı vaxtı yada düşüb, Kirpiyimdən varaqlara iki damla yaş salmışam.
2001, 9 iyun