Əsas məzmuna keç

Gəraylı

Baharın gəldiyin nədən biləyim

Şah İsmayıl Xətai

1

Baharın gəldiyin nədən biləyim, Gül dikəndə bitər, bülbül taldadır. Əyyubun tənində iki qurd qaldı, Biri ipək sarar, biri baldadır.

Könlünə gətirmə şəkk ilə güman, Seyid Nəsimiyə de ol oldu şan, Tanrı ilə min bir kəlam söyləşən Əli Mədinədə, Musa Turdadır.

Şəriət yolunu Məhəmməd açdı, Təriqət gülünü Şah Əli seçdi, Şu dünyadan neçə yüz min ər keçdi, Onlar ittifaqda, Mehdi yoldadır.

Adəmin, Hatəmin zati Fəzlullah, Əşyayi qərq etmiş bu, bir sirrullah. Şahənşahi-qütbi-aləm zillullah Qüdrəti-nəzəri mö’min quldadır.

Şah Xətayi aydır: – Sirrini yayma, Qıla gör namazın, qəzayə qoyma, Şu yalan dünyada heç sağam deymə, Tənin tənaşirdə, sirrin saldadır.

Lüğət: Zillullah – Allahın kölgəsi; Sirri – əf’al – işlərin sirri

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.