Əsas məzmuna keç

Heca şeiri

Bahar oldu, bahar oldu

Zəlimxan Yaqub

1

Dağ döşündə qar əridi, suya döndü, düzə çıxdı, Bənövşələr baş qaldırdı, torpaq altdan üzə çıxdı. Sarı bülbül qəfəsindən oxtək süzə-süzə çıxdı, Bəzəndi dağların hüsnü, bahar oldu, bahar oldu.

Könül mülkü qanadlandı, bəm havalar zilə düşdü, Boz aranın, göy yaylağın mahnıları dilə düşdü. Qayaların damarından sular gilə-gilə düşdü, Cilvələndi tər çiçəklər, bahar oldu, bahar oldu.

Qızıl Günəş öz nurunu ürəklərə taxdı gəldi, Sonalar qıy vura-vura mavi gölə axdı gəldi. Şair könlüm, pərvaz eylə, ucalmağın vaxtı gəldi, Çiçəkləndi dağ, dərə, düz, bahar oldu, bahar oldu.

1968, 2 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.