Bahar gəlir
Bahar gəlir, nazlı bahar, Saçlarıma sığal çəkən mehdə gəlir. Nur damlası, dürr damlası, canlı həyat, Gözlərimə işıq verən şehdə gəlir. Müjdə verən qaranquşun qanadında, Bülbüllərin vurduğu cəh-cəhdə gəlir. Arıya bax, darıxıbdır çiçək üçün, O, çiçəyə, o, şirəyə şehdə gəlir. Bahar ayaq basan yerdə kədər olmaz, Bahar gəlir ömrümüzə, Sevgidə, fərəhdə gəlir.
2001, 21 mart