Bahalıq
Görməmişdik səksən ildə Bir belə yaman bahalıq. Dad hazar! Dad! Əlindən! Çəkirik aman, bahalıq! Mal satan, taxıl satan Satırlar iman, bahalıq! Gen dünya bizim üçün Olubdu zindan, bahalıq! Günü-gündən dərdimiz Eyləyir tüğyan, bahalıq!
İndən belə başımızda Namərdlərin töhmətidi; Hansı məclisə gedirsən, Arpa, darı söhbətidi. Kartof ilə ayranaşı Süfrəmizin nemətidi; Buraya bahalıq salan Qeyri yerin millətidi; Nə işə əl atırıqsa, Oluruq peşman, bahalıq!
Nə mal yoxdu sataq, yerdə Nə də keçi, toğlu, qoyun; Əkmədik qardalı, darı, Başımıza gəldi oyun; Ağ lavaşı bəyənməyən, İndi arpa cadı yeyin; Ələsgərin bu dərdini Gedin, dərdbilənə deyin; Ac, susuz, açıq, çılpaq Sürürük dövran, bahalıq!