Bağlamışdı
Mən sizə gələndə donmuşdu yollar, Dərələr, təpələr buz bağlamışdı. Hər tərəf süd kimi ağ görünürdü, Sular qaymaq tutub, üz bağlamışdı.
Canımdan keçərdim bu həyat üçün, Səninlə olduğum bu saat üçün, Mənimlə bir şirin zarafat üçün, Tilsimi bir gözəl qız bağlamışdı.
Mən kimə danışım dərdimi, kimə, Nəm düşüb mizraba, qar düşüb simə. Məndən tez tərpənib mənim bəxtimə, Qapılar üzünü tez bağlamışdı.
2005, 20 mart