Əsas məzmuna keç

Gəraylı

Bağladı

Zəlimxan Yaqub

1

Aşıq bir “Bağlama” dedi, Aranı dağa bağladı. Ölüyə can, nəfəs verdi, Xəstəni sağa bağladı.

Bir məzəli məclis qurdu, Sehirlədi yeri, yurdu. Neçə yerdən düyün vurdu, Bağı yüz bağa bağladı.

Söz götürdü nədən məni, Duydu gəlib-gedən məni. Bir hikmət təzədən məni Yurda, torpağa bağladı.

1978, 6 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.