Əsas məzmuna keç

Qoşma

Bağ budağı

Məxdumqulu Fəraqi

1

Bağban fələk, harda qaldın, Saralıbdır bağ budağı. Dəryaların selin aldın, Torpaq qıldın qoca dağı.

Fəsadı hacı eylədin, Qulları xoca eylədin, Ömrümü qoca eylədin, Getdi igidliyin çağı.

Yetişgil haqqın əmini, Fələk tutar öz dəmini, Doldurubsan bu zəmini Leş iləni solu-sağı.

Batar, doğar cahan ayı, Fələk duzəx qılmış cayı, Kimsələrə verməz payı, Kimə vermiş at-ulağı.

Gəldim fələk otağına, Atdı yanar ocağına, Mən miskinin ayağına, Qurar oldu ol duzağı.

Cahanı yandırdı odun, Qaçar oldu yaxın-yadın, Məxdumqulu, sənin adın, Olsun indi qoy Fəraqi.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.