Əsas məzmuna keç

Qoşma

Badalaqmış

Zəlimxan Yaqub

1

Bir qızılbalığa atdılar toru, Balıq nə bilsin ki, tor badalaqmış. Od olub insanı yandırmaq üçün Kül altda gizlənən qor badalaqmış.

Fikrim gecə-gündüz nəğmədə, səsdə, Gah zildə dil açdım, gah da ki, pəsdə. Xalqı ovudanda muğam, şikəstə, Mənimçün oxunan xor badalaqmış.

Sirrini, sözünü açma heç kəsə, Dərdi yaman dillər salacaq səsə. Yalandı, xəyanət ölmüşəm desə, Onun uydurduğu gor badalaqmış.

2006, 22 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.