Əsas məzmuna keç

Qoşma

Bacı

Zəlimxan Yaqub

1

Yeni bir şeirimi yazıram sənə, Bilirəm, sözümün acısan, bacı. İlhamsız vaxtımı, yorğun anımı Şeirsiz günümü acı san, bacı.

Eşqinlə dillənən kamandı, sazdı, Şairlər adına min nəğmə yazdı. Şirin sözlərinə bal desəm azdı, Kim deyir “soğandan acısan”, bacı.

Nə sevdin boranı, nə yersiz nazı, Gülüşün könlümə gətirdi yazı. Bir evin gəlini, bir evin qızı, Bir eşqin qızılı tacısan, bacı.

Yüzü, yüz əllini keçsə də yaşın, Bir gün çatılmasın kədərdən qaşın. Təkcə mən deyiləm sənin qardaşın, Qardaşlı dünyaya bacısan, bacı.

1974, 16 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.