Əsas məzmuna keç

Heca şeiri

Bacarmadı

Zəlimxan Yaqub

1

Mənim dilim qurusun, mən tikana gül dedim, Duyğusuz, həyəcansız daş qəlbə könül dedim. Daş tikanın içində ürəyimə gül dedim, Çox əlləşdim, ürəyim gülməyi bacarmadı!

Sığal çəkmək istədim, əllərimi qanatdı, Gördüm sevgim, sevincim bir qırılmış qanaddı. Həyatımdan daha çox ölümümə can atdı, Gözlərimin yaşını silməyi bacarmadı!

Ömrün-günün yolunda dönməz idim, ər idim, Yoxuşlar sınağında muma döndüm, əridim. Görmək üçün yüz addım bəxtə sarı yeridim, Bir addım mənə sarı gəlməyi bacarmadı!

Kaman oldum əyildim, yaya döndüm gərildim, Sinəmi tapdaq edib qədəminə sərildim. Bir xoş sözündən ötrü min yol öldüm, dirildim, Bir dəfə məndən ötrü ölməyi bacarmadı.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.