Əsas məzmuna keç

Qoşma

Bacardı

Zəlimxan Yaqub

2

Mənim xalqım qan-yaş tökdü gözündən, Göz yaşını silməyi də bacardı. Ağlamağı öz yerində ağladı, Vədəsində gülməyi də bacardı.

Ürəkləndi tanrısınnan, dilinnən, Çörəkləndi sümbülünnən, dəninnən, Şəhid verdi, qəzəbinnən, kininnən – Düşmən bağrı dəlməyi də bacardı.

Arzuları toxum olub cücərən, Öz yurdunda əkən, səpən, becərən, Torpaq üstə yaşamağı bacaran, Torpaq üstə ölməyi də bacardı!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.