Əsas məzmuna keç

Qoşma

Babəkin başdaşında yazı

Zəlimxan Yaqub

1

Nə yatdım, həyatda nə yuxu görəm, Tanrı varlığımı şikəst eylədi. Mənim pak ruhumu sağlam yaratdı, Mənim bədənimi şikəst eylədi.

Doğuldum, adıma Babək dedilər, Şöhrət verəmmədim o böyük ada. Mənim taleyimi, mənim baxtımı, Kövrək xatirətək gətirin yada.

Hamıya sağlamlıq arzularam mən, Heç kəsin canına dəyməsin qada. Heç kəsin balası göz görə-görə, Şikəstə dönməsin qoca dünyada.

2010, 30 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.