Babam Füzulidən qalma bir neyəm
Yağ-böyrək içində tutmadım ömrü, İçimə od vurub yağ əritmişəm. Gözün ağı getdi, qarası qaldı, Ağa baxa-baxa ağ əritmişəm.
Gecələr şam kimi əritdim canı, Odum işıqlatdı ağaran danı. Öləndə hamının əriyir canı, Mən öz varlığımı sağ əritmişəm.
Sovrulmuş səhrayam, qovrulmuş göyəm, Tükənmiş qüvvətəm, üzülmüş heyəm. Babam Füzulidən qalmış bir neyəm, Ahımla nə qədər dağ əritmişəm.
2010, 13 mart