Əsas məzmuna keç

Heca şeiri

Babalar

Zəlimxan Yaqub

1

Dərd əzə bilmədi şah vüqarını, Əzdi qəzəbiylə dərdi babalar. Namərdə tuşladı güllələrini, Sevdi, əzizlədi mərdi babalar. Bir el qulaq asdı bir ağsaqqala, Dar günə köksünü gərdi babalar. “Tökdüyü yaşlara şeh dedi, getdi”, Ömrünü torpağa verdi babalar. Gözünün yaşına şeh deyənə bax, Yamanda yaxşını gördü babalar. Ot kökü üstündə bitər, demişlər, Ərdən törəmişdi, ərdi babalar.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.