Əsas məzmuna keç

Qoşma

Azadlıq nurunu gördü bu millət

Zəlimxan Yaqub

1

Nə yaxşı ulduz var, Günəş var, Ay var, Dünya işıqlanır gün bahasına. Bir aydınlıq gəlir hər qaranlığa, İman bahasına, din bahasına.

Suda boğulmuşuq, odda yanmışıq, Ömrü vuruşlarda ömür sanmışıq. Əlləşib bir parça nur qazanmışıq, Qara saçımızda dən bahasına.

Sağlam toxum olub cücərən oğul, Qeyrət bağçasını becərən oğul, Yurda can verməyi bacaran oğul, Qalar ürəklərdə can bahasına.

Daşıdı ən ağır dərdi bu millət, Dərdə sinəsini gərdi bu millət, Azadlıq nurunu gördü bu millət, Şəhid oğulların qan bahasına.

2003, 22 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.