Azadlıq
Baxıram üfüqdə uçan quşlara, Görəsən göylərdə quş azaddımı? Bir zalım ovçunun yeminə dönüb Gəlirsə gülləyə tuş, azaddımı?
Kiriyir dalğamız, susur ləpəmiz, Yıxılır dağımız, uçur təpəmiz, İki əlimizdi, bir də təpəmiz, Baş əldən gedirsə huş, azaddımı?
Bir millətin yolu haçalanırsa, Adımız min yerə hecalanırsa, Bir şair ürəyi parçalanırsa, Gözlərdən tökülən yaş, azaddımı?
2009