Azadlıq
Azadlıq deyəndə göyə baxıram, Görəsən göylərdə quş azaddımı? Quşun xəyalından nə keçir görən, Beyin azaddımı, baş azaddımı?
Nə yanmaq, nə sönmək öz hökmündədi, Kiməsə əsirdi, şam azad deyil. Dünyanın ən azad adamı kimdi, O da bu dünyada tam azad deyil.
2009, 25 aprel