Azadi – Məxdumqulu
− Şeytanın hansı oğludur Adəm ata ilən düşdü?! Haqqın rəsulu peyğəmbər Xeybərdə necə vuruşdı?!
− Şeytanın Hənnas oğludur, Adəm ata ilən düşdü. Xeybər dağında peyğəmbər Düz yeddicə ay uruşdı.
− Hazır yiyəsi Düldülün Bilirsənmi kimdir, bilin! Hansı gün Qabil Habilin Öldürüb qanını içdi?!
− Hazır yiyəsi Düldülün Mələk-fəriştədir bilin! Şənbə gün Qabil Habilin Öldürüb qanını içdi.
− Nədir, qalxıb, hava uçdu, Nəsindən zəminə düşdü? Neçə gündə Nuhun kişti Cunidin dağına düşdü?
− Dərya qalxıb, hava uçdı, Kopüyündən yerə düşdü. Yetmiş gündə Nuhun kişti Cunidin dağına düşdü.
− Rum şəhrinin sərdarı Harda saldırmış gülzarı? Hansı qalanın divarı Məhəmmədlə merac aşdı?!
− Şəddad ol Rumun sərdarı Şamda saldırmış gülzarı, Müqəddəs şəhrin divarı Məhəmmədlə merac aşdı.
− Azadi söyləyər yetmiş, Nədir bu dünyanı tutmuş, Hansı peyğəmbərdir itmiş, Harda qardaşa uğraşdı?
− Məxdumqulu deyər: yetmiş, İqlimdir, dünyanı tutmuş, Yusif peyğəmbərdir itmiş, Misirdə elə uğraşdı.