Əsas məzmuna keç

Deyişmə

Azadi – Məxdumqulu

Məxdumqulu Fəraqi·Azadi

1

- Faş eylə sirrini, saxlama pünhan, Amma ki, sözümdən çıxmagil, oğlum! Gündə yüz köy gələr-keçər bu başa, Ağrıtma, könlümü yıxmagil, oğlum!

- Utanardım, sirrim faş eyləməzdim, Faş edərəm, xəbər alsan, Azadim! Yüz köy gələr-keçər hər gün bu başa, İstəyim var səfər qılam, Azadim!

- Cəfa çəkmə özün, çağır mövlanı, Arzulama xanı, bəyi, sultanı, Bəsdir bizə əvvəl tanrı verəni, Aldırma könlünü, getməgil, oğlum!

- Getmürəm ki, altı ilə, beş ilə, Seyran edək bir neçə tay-tuş ilə. Bəlkə onda qəmgin könlüm xoş ola, Könül qalxar, qərar etməz, Azadim!

- Vərzişin yox, gəncsən, gedə bilməzsən, Şövür var, şovhun var, çıda bilməzsən, Hər işə baş qoşub, edə bilməzsən, Getməklik söhbətin etməgil, oğlum!

- Kişi sözləməyən sirri faş olmaz, Yaxşıdan-yamandan gözü yaş olmaz, Şu gəz yollamasan, könlüm xoş olmaz. Yolumu qaytarma, qoy ver, Azadim!

- Bizi belə niyə tərk edəsin var? Bu yol bixudadır, bir gedəsin var. Gəl, getməyil, oğlum, iltimasım var, Xərcə, xəracata batmagil, oğlum!

- Qəlbimə giribdir islam həvəsi, Təngədir, dirhəmdir xalqın təməsi, Könlüm bikef etmə, sıxma nəfəsi, Bir səfər işidir, qoy ver, Azadim!

- Quran oxu, öyrən, yaxşı kəlamdır, Ən gözəl din bizim dini-islamdır. Yollar qaranlıqsa, səfər haramdır, Ölərsən, qalarsan, getməgil, oğlum!

- Qoy görüm, sınayım bu gün iqbalım, Yaxşı gün, xoş saat gəlibmi salim, Qəsd edib canıma, yetsə əcəlim, Bu yerdə həm olsa, tapar, Azadim!

- Bilə-bilə özün nara atarsan? Bu nə işdir, bunu belə tutursan? Söylə görüm, sən kimilə gedirsən? Dəm çəkib hər yana baxmagil, oğlum!

- Cilovdarı olam Yazır xan pirin, Könül quşu pərvaz edər fəqirin, Bu gün yeddi gündür «Əl-həmd» oxurum, Şad eylə könlümü, qoy ver, Azadim!

- Azadi der, belə səfa sürəlim, Bu yolu da sınayalım, görəlim, «Amin!» de, dur, oğlum, fatə verəlim, Bir Tanrı yar olsun sənə get, oğlum!

- Məxdumqulu deyər: qalmışam çoxdan, Könül quşu pərvaz edir uzaqdan, Hər yerdə sağlığım istə ol haqdan, Dua qılıb, haqqa yalvar, Azadim!

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.